Bu qidalarda süddən daha çox kalsium var

AZERFAX.AZ xarici KİV-ə istinadən xəbər verir ki, balıqlar, yaşıl tərəvəzlər, toxumlar və bəzi süd məhsulları, sümüklərin möhkəmlənməsində süddən daha təsirli ola bilir.
Mütəxəssislərə görə, kalsium yalnız sümük və diş sağlamlığı üçün deyil, həm də əzələlərin fəaliyyəti, sinir sistemi və hormon ifrazı üçün vacibdir. Ona görə də bu mineralı müxtəlif qida mənbələrindən almaq vacib hesab olunur.
Ən zəngin mənbələr arasında sardina və hamsi (ançüez) kimi balıqlar xüsusi yer tutur. Bu balıqlar kalsiumla yanaşı, D vitamini baxımından da zəngindir. Süd məhsulları içində ən çox kalsiumu parmesan pendiri təmin edir. Həmçinin yoqurt və kefir də həm kalsium, həm də probiotiklərlə orqanizmə fayda verir.
Bitki mənşəli qidalar içində badam, hələm və brokoli önə çıxır. Küncüt və ondan hazırlanan tahin də kalsiumun gizli mənbələri hesab olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.