Ölkə

Bu şəxslərin müavinəti 140 manat oldu


Ailə başçısını itirənlərə verilən müavinət 140 manat olacaq.

AZERFAX.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı yeni fərman imzalayıb. Bu sənədə əsasən, ailə başçısını itirməyə görə ödənilən müavinət 120 manatdan 140 manata qaldırılıb.



Belə ki, əgər vəfat edən şəxsin 18 yaşına çatmamış övladı varsa, həmin uşaq bu müavinəti alır. Əgər uşaq əyani təhsil alırsa, müavinət təhsilini başa vurana qədər, amma ən çoxu 23 yaşa qədər ödənilir.

Bundan əlavə, vəfat etmiş şəxsin 18 yaşına qədər əlilliyi müəyyən olunmuş və bu gün də əlil olan övladı varsa, yaş məhdudiyyəti olmadan bu müavinətdən yararlana bilər.

Eyni zamanda, vəfat edən şəxsin 8 yaşınadək uşağına baxan və işləməyən valideyn, baba, nənə, bacı və ya qardaş da müavinət ala bilər. Bu halda müavinət uşağın adından təyin olunur və baxan şəxsə ödənilir.

Qeyd edək ki, yeni məbləğlə ödənişlərə iyulun 1-dən başlanacaq.

Sevinc İbrahimzadə / AZERFAX.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button