Bu tətbiqlər telefona virus salır

Son zamanlar Android cihazlarında təhlükəli zərərli proqramların artması müşahidə olunur. Bu proqramlar istifadəçilərin şəxsi məlumatlarını oğurlamaq və cihazlara zərər vermək məqsədi daşıyır. Mütəxəssislər, bəzi tətbiqlərin təhlükəli olduğunu və istifadəçilərin bu proqramları dərhal silməli olduqlarını bildirirlər.
AZERFAX.AZ həmin tətbiqləri təqdim edir:
Wuta Camera və Max Browser: Bu tətbiqlərdə də zərərli proqram təminatı tapılıb.
High-Speed Camera, Smart Task Manager, Flashlight+, K-Dictionary, BusanBus, Quick Note, Currency Converter, Joycode, EzDica, Instagram Profile Downloader, Ez Notes: Bu tətbiqlər arxa planda reklamlar göstərərək cihazın batareyasını və mobil məlumatlarını sürətlə tükədə bilər.
BingoMod: Antivirus proqramı kimi təqdim olunan bu tətbiq istifadəçilərin məlumatlarını oğurlamaq üçün geniş icazələr tələb edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.