Ölkə
Buzovna-Mərdəkan yolunda maşın piyadanı vurdu

Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
Qeyd edilib ki, qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.