Ölkə

Cənubi Koreya Pxenyana qarşı radio təbliğatını dayandırdı


Cənubi Koreya Şimala Koreyaya qarşı radio təbliğatını dayandırıb.

AZERFAX.AZ xəbər verir ki, Seul son 15 ildə ilk dəfə belə addım həyata keçirib. Müdafiə Nazirliyinin məlumatına görə, Şimalla hərbi gərginliyin azaldılması istiqamətində həyata keçirilən səylər çərçivəsində “Azadlıq səsi”nin yayımı dayandırılıb. Məlumata görə, bundan əvvəl verilişlərdə pop mahnıları ilə yanaşı, Şimali Koreya haqqında xəbərlər də yer alırdı. Pxenyanın Ukraynaya qarşı Rusiyaya qoşun yeritməsi kimi məlumatlar da radio vasitəsilə açıqlanıb.


Qeyd edək ki, radio proqramı 2010-cu ildə Şimali Koreyanın Cənubi Koreya ordusuna məxsus “Çeonan” hərbi gəmisinin batırılmasında iştirakı ilə bağlı iddialardan sonra bərpa edilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button