Cammu və Kəşmir turistlərə atəş açıldı

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslər turistlərə atəş açıb.
AZERFAX.AZ xəbər verir ki, hadisə zamanı 20 nəfər ölüb, 10 nəfər yaralanıb. “The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hindistanın baş naziri Narendra Modi X hesabındakı paylaşımında, “Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm” – deyə bildirib.
Hücumu təşkil edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirən Modi, Hindistanın terrorla mübarizədə qətiyyətinin sarsılmaz olduğunu və daha da güclənəcəyini ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.