Ölkə

Çaylarda sululuq artdı


Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

AZERFAX.AZ xəbər verir ki,bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 17-si saat 9:00-a olan məlumatına əsasən Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçayda 10 sm, Tutqunçayda 9 sm, Quruçayda 11 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 3 sm, Təngərüdçayda isə 2 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 332 m3/san olmaqla normanın 56%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 20 sm artıb, su sərfi 199 m3/san olmaqla normanın 118%-ni təşkil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button