Ceyhun Bayramov Məhəmməd Əli Həsəni qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibutinin Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.
Bu barədə AZERFAX.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı, Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.
Görüş zamanı, ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş və əldə olunan razılıqların əhəmiyyəti qeyd edilib, Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.