Ölkə

Çia toxumunun inanılmaz faydaları – Sağlamlıq üçün möcüzə


Son illərdə təbii qidalanmaya maraq artdıqca, unudulmuş bitkilər və toxumlar da yenidən gündəmə gəlir.

AZERFAX.AZ xəbər verir ki, onlardan biri də çiyan toxumudur. Qədimdən xalq təbabətində istifadə olunan bu toxumun sağlamlıq üçün saysız-hesabsız faydaları var.


Həzm sisteminə dəstək olur – Çia toxumu yüksək miqdarda liflə zəngindir. Bu xüsusiyyət bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırır və həzm prosesini asanlaşdırır.

Ürək-damar sağlamlığını qoruyur – Tərkibindəki Omeqa-3 yağ turşuları xolesterinin balanslaşdırılmasına kömək edir. Bu da ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

Qan şəkərini tənzimləyir – Mütəxəssislərin sözlərinə görə, çiyan toxumu şəkərin qana sürətlə sorulmasının qarşısını alır. Bu xüsusilə şəkərli diabet xəstələri üçün faydalıdır.

Arıqlamağa kömək edir – Su ilə təmasda şişərək jel formasına düşən çiyan toxumu uzun müddət toxluq hissi yaradır. Bu da artıq çəki ilə mübarizədə təsirli vasitə sayılır.

Sümük və oynaq sağlamlığını gücləndirir – Çia toxumu kalsium, maqnezium və fosfor baxımından zəngindir. Bu maddələr sümük quruluşunu möhkəmləndirir, oynaq ağrılarını azaldır.

Dəri və saç üçün faydalıdır – Antioksidant təsirə malik olan çiyan toxumu dərini gəncləşdirir, saçların möhkəmlənməsinə kömək edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button