Dünya

​Çin 10 ildən sonra Tripolidəki səfirlik fəaliyyətini bərpa etdi

Çin 10 illik fasilədən sonra Liviyanın paytaxtı Tripolidəki səfirlik fəaliyyətini bərpa edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Çin səfirlik heyəti Tripoliyə köçüb. Qeyd edilib ki, Çinin Tripolidəki səfirlik fəaliyyətini bərpa etməsi əhəmiyyətli addımdır və iki ölkə arasındakı əməkdaşlığın və dostluğun əksidir.
Qeyd edək ki, Liviyada illələrlə davam edən vətəndaş müharibəsi səbəbindən bir çox ölkə Tripolidəki səfirliklərini bağlayaraq və onları Tunisə köçürüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button