Ölkə
		
	
	
Çin kosmosa siçan göndərdi

Çin 3 astronavt və 4 qara siçanı “Tianqonq” kosmik stansiyasına göndərib.
 AZERFAX.AZ xəbər verir ki, siçanlar kosmik təcrübələr üçün istifadə ediləcək. Məlumata görə, heyəti kosmosa “Şençjou-21” kosmik raketi daşıyıb. 
Qeyd edək ki, Çinin “Şençjou” proqramı əhəmiyyətli uğurlar əldə edib. Bildirilir ki, bu uğurlar Vaşinqtonda narahatlıq doğurur. ABŞ Çindən əvvəl Aya astronavt göndərmək səylərini sürətləndirsə də, iki ölkə eyni zamanda Ayın tədqiqində də rəqabət aparır. ABŞ-nin rəhbərlik etdiyi proqramlar Çin və Rusiyanın Beynəlxalq Ay Tədqiqat Stansiyası təşəbbüsünə qarşı çıxır.
        
        
        
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
		
		
    



