Ölkə

“Çin səfəri Azərbaycanın xarici siyasətində yeni mərhələ açdı”


“Prezident İlham Əliyevin Vaşinqton sammitindən sonra Çin Xalq Respublikasının Tiencin şəhərinə səfəri Azərbaycanın xarici siyasətində yeni bir mərhələ açdı. Bu səfər, ölkəmizin həm Qərb, həm də Şərq istiqamətində diplomatik balansı uğurla qoruduğunu göstərir”.

Bunu AZERFAX.AZ-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili hesab edir ki, bu, Azərbaycanın Avrasiya məkanında tranzit və iqtisadi mərkəz rolunu möhkəmləndirəcək:


“Tiencində aparılan görüşlərdə Azərbaycan–Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi, qarşılıqlı ticarət və investisiya sahəsində mühüm sazişlər imzalandı. Xüsusilə Orta Dəhliz, enerji, rəqəmsal texnologiya və yaşıl enerji layihələrində əməkdaşlığın genişləndirilməsi razılaşdırıldı.

Çin, Azərbaycanın regional təşkilatlarda daha fəal iştirakına dəstək verərkən, Vaşinqtonda əldə olunan razılaşmalarla birlikdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Səfər çərçivəsində Türkiyə və Pakistan liderləri ilə görüşlər də əməkdaşlığın yeni istiqamətlərini açdı”.

Aydın Hüseynov qeyd edib ki, Əliyevin ardıcıl diplomatik təşəbbüsləri Azərbaycanın qlobal arenada etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir və ölkəmizin regional sabitlikdə əsas oyunçu rolunu gücləndirir.

Gülbəniz Hüseynli / AZERFAX.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button