Ölkə
Dəmir yolu stansiyasında silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən AZERFAX.AZ-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində İmişli rayonu ərazisində yerləşən dəmir yolu stansiyalarının birində 1 tapança və 407 ədəd müxtəlif çaplı patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.