Ölkə

Diplomatik proses məhsuldar davam edir


ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya münaqişəsi ilə bağlı yeni açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, o, Avropa liderləri ilə geniş müzakirələr apardığını və diplomatik prosesin məhsuldar davam etdiyini bildirib. Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı həyata keçirdiyini, Almaniya, İtaliya, NATO, Finlandiya, Fransa, Böyük Britaniya, Polşa, Norveç, Danimarka və Hollandiya liderləri ilə məhsuldar əlaqələr saxladığını qeyd edib. Tramp Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətlərinin Avropa ilə birlikdə formalaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, Qərb müharibənin sülh müqaviləsindən sonra yenidən başlamasının qarşısını almaq üçün təhlükəsizlik zəmanətləri üzərində işləyir.


Qeyd edək ki, Donald Tramp Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edildiyini açıqlamışdı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button