Ölkə

Əlizadənin İrəvan konserti ləğv edildi


İran əsilli niderlandlı məşhur müğənni, Sevdaliza kimi tanınan Sevda Əlizadənin Ermənistandakı konserti ləğv edilib.

AZERFAX.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə “Coca-Cola Fest”in təşkilatçıları məlumat yayıb.


“Bildiririk ki, Sevdaliza İrəvanda çıxış etməyəcək. İstəsəniz, alınan biletləri geri qaytara bilərsiniz”, – məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Sevdalizanın İrəvanda konsert verəcəyi ilə bağlı xəbərlər tənqidlə qarşılanıb. İddia olunub ki, o, yaradıcılığında antixristian motivlərə yer verir. Etiraza məşhur bloqerlər də qoşulub. Təşkilatçılar buna görə konserti ləğv etmək məcburiyyətində qalıblar.

Sevdaliza kimi tanınan İran əsilli niderlandlı müğənni, bəstəkar və prodüser Sevda Əlizadə 1987-ci il sentyabrın 1-də Tehranda anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Niderlanda köçüb. Müğənni fars, holland, ingilis, fransız və portuqal dillərində sərbəst danışır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button