Ölkə
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşdü

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə E.Əmrullayev “X”dəki hesabında məlumat yayıb.
Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



