Ölkə

Ərdoğan bu futbolçu üçün xahiş etdi

Türkiyənin “Fənərbaxça” klubu Fransa yığma komandasının üzvü NGolo Kanteni heyətinə qatıb.

AZERFAX.AZ xəbər verir ki, “Fənərbaxça” “Əl-İttihad”ın ulduzunu almaq üçün Prezident Rəcəb Tayyip Ərdoğandan kömək istəyib. Türkiyənin dövlət başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı NGolo Kanteninin transferi üçün şəxsən xahiş edib. Bundan sonra qaradərili yarımmüdafiəçinin “Fənərbaxça”ya keçidi baş tutub.

“Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran dəstəyə görə ölkə başçısına təşəkkür edib. “Fənərbaxça” azarkeşləri də prezidentin bu jestini alqışlayıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button