Ərdoğan İzmirdəki hadisənin araşdırılmasını tapşırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxış edib.
AZERFAX.AZ NTV telekanalına istinadən xəbər verir ki, o, çıxışı zamanı bu gün İzmirdə Polis Bölməsində baş verən hadisələrdən söz açıb.
Ərdoğan İzmirdə iki polisin şəhid olduğu hücumu həyata keçirən 16 yaşlı hücumçunun əlaqələrinin araşdırıldığını açıqlayıb.
“İzmirdən şok xəbər aldıq. İki polisimiz şəhid oldu. Mənfur hücumda şəhid olan polislərimizə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Hücumu həyata keçirən şəxsin hərtərəfli araşdırılmasını tələb edirəm”, – deyə Türkiyə lideri ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.