Ölkə

Ərdoğan Paşinyanla görüşdə bu mesajı verdi


Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.

AZERFAX.AZ “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.


O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.

Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button