Ölkə

Ərdoğan PKK-nın ləğvindən danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi ilə bağlı açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, o bildirib ki, “Cumhur İttifaqı” olaraq səmimiyyətlə həyata keçirilən “Terrorsuz Türkiyə” prosesində mühüm mərhələ geridə qalıb. Onun sözlərinə görə, bu proseslə birlikdə qalib Türkiyə olub. Ərdoğan, 81 vilayətin hamısında 783 min kvadrat kilometr ərazinin hər qarışında təhlükəsizliyin, ədalətin, azadlıqların və inkişafın hökm sürdüyü Türkiyə qurmaq üçün çalışdıqlarını söyləyib. Ərdoğan xəyalları hədəfə, hədəfləri bir-bir reallaşdıran, dünyagörüşü və iradəsi olan komanda və hökumət olduqlarını vurğulayıb.


O, Türkiyənin məqsədinə çatacağını bəyan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button