Ərdoğan və Pezeşkian Çində Cənubi Qafqazı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən 25-ci Dövlət Başçıları Şurasının Zirvə toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, görüşdə Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə İran arasında bir çox sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın qarşılıqlı maraqlarımıza xidmət etdiyini bildirib.
Prezident Türkiyənin Qərb ölkələri ilə İran arasındakı nüvə danışıqlarında Tehrana dəstəyini davam etdirəcəyini bəyan edib.
Görüşdə Ərdoğan və Pezeşkian Suriyadakı son vəziyyət, İsrailin Qəzzaya hücumları və Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.