HadisəÖlkə

Gəncədə 5 otaqlı mənzildə yanğın oldu, usta ağır xəsarətlər aldı.

Gəncədə beş mərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.  AZERFAX.az-ın yerli bürosunun məlumatına görə, hadisə binalardan birinin beşinci mərtəbəsində, Zarina Nağıyevaya məxsus 5 otaqlı (63 kvm) evdə qeydə alınıb. Yanğın yerinə Fövqaladə Hallah Nazirliyinin (FHN) Gəncə  Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı həmin ünvanda usta kimi çalışan 36 yaşlı Elnur Qurbanov müxtəlif dərəcəli bədənin yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib. TƏBİB-dən verilən açıqlamaya görə 09.10.2025-ci il tarixində saat 16:30 radələrində 1989-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub. Bədənin II-III dərəcəli yanığı diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib:

“Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir” deyə məlumatda bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button