Ölkə

​“Fənərbağça” bu futbolçular üçün 37 milyon avro ödəyib

Türkiyənin köklü klublarından olan “Fənərbağça” 2025/26 mövsümünün qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirib. İstanbul təmsilçisi çempionluq yarışında mövqelərini möhkəmləndirmək məqsədilə bir neçə səs-küylü transfer həyata keçirib.

AZERFAX.AZ xəbər verir ki, qış transfer pəncərəsində “Fənərbağça”nın ən diqqətçəkən transferi fransalı ulduz N’Golo Kante olub.

Klub həmçinin Matteo Guendouzi, Anthony Musaba, Sidiki Cherif və qapıçı Mert Günoku heyətinə qatıb. Xüsusilə Guendouzinin transferi idman ictimaiyyətində geniş rezonans doğurub.

Məlumata görə, “Fənərbağça” qış transfer dönəmində ümumulikdə 37 milyon avro xərcləyib. Bu məbləğin böyük hissəsi – 28 milyon avro Matteo Guendouzi üçün ödənilib və bu, klub tarixinin ən bahalı transferlərindən biri kimi qeydə alınıb.

Eyni zamanda, “sarı-lacivərdlilər” bəzi futbolçularla yollarını ayıraraq maliyyə balansını qismən qorumağa çalışıb. Klub Youssef En-Nesyri və Sebastian Szymanskinin satışından təxminən 24,8 milyon avro gəlir əldə edib.

Beləliklə, “Fənərbağça” qış transfer pəncərəsində həm xərcləri, həm də transfer keyfiyyəti ilə diqqət çəkərək mövsümün ikinci yarısına iddialı heyətlə daxil olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button