”Fənərbaxça”da radikal dəyişiklik – 7 futbolçu göndərilir

“Fənərbaxça” bəzi futbolçuları klubdan göndərə bilər.
AZERFAX.AZ xəbər verir ki, baş məşqçi Domeniko Tedeskonun təlimatı ilə 7 futbolçunun klubdan göndəriləcəyi iddia edilir. Məlumata görə, klub rəhbərliyi çempion olmaq üçün heyətdə əhəmiyyətli dəyişiklik etmək istəyir. Sebastian Szymanski, Yusif En-Nesyri, Rodrigo Becao, İrfan Can Eğribayat, Emre Mor, Bartuğ Elmaz və Cenk Tosunun klubdan göndəriləcəyi irəli sürülür. İddialara görə, Szymanski Bundesliqadan, En-Nesyri isə ərəb və İtaliya klublarından təkliflər alıb. Rəhbərlik polşalı ulduz üçün 15 milyon avro, mərakeşli hücumçu üçün isə 25 milyon avro tələb edir.
Becao, Cenk və Emre Mor üçün Super Liqadan namizədlər var. Polşanın “Cracovia” klubunun İrfan Can Eğribayatın xidmətində maraqlı olduğu iddia edilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



