
“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinə əsasən, qalib təşkilatlar sırasında yer alıb. Bu barədə AZERFAX.az-ın bölgə müxbirinə məlumatı birliyin İdarə Heyətinin sədri Tural İsaqov verib. Onun sözlərinə görə təşkilat “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” adlı layihə ilə qrant müsabiqəsində uğur qazanıb. Tural İsaqov vurğulayıb ki, layihənin icrasında Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfdaş qismində iştirak edəcəkdir:
“Bu layihə çərçivəsində gənclərin rəqəmsal təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, onların müasir texnologiyalardan təhlükəsiz və effektiv istifadəsinin təmin olunması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçiriləcəkdir” deyə birliyin sədri əlavə edib.
AZERFAX.az Qərb Bürosu