Ölkə

Gəncə Tibb Kollecində 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar tədbir keçirildi.

Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində Müsəlman Şərqinin ilk demokratik və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı.

Sonra çıxış edən kollecin direktoru, Əməkdar Həkim Mehman Rzayev vurğuladı ki, 1918-ci il may ayıının 28-də İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyinin bəyan olunması zəngin dövlətçilik ənənələri olan xalqımızın yenidən milli dirçəlişi prosesinin məntiqi nəticəsi idi:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin olduqca mühüm hadisələrindən biridir. İlk müstəqil respublikamız cəmi 23 ay mövcud oldu. Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə söykənərək 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində baş verənlər göstərirdi ki, azadlığı qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Əgər 1993-cü ilin iyununda xalqımızın Ulu Öndəri Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi meydana daxil olmasaydı, bəlkə də bugünkü müstəqilliyimiz də mövcud olmazdı. Yalnız Heydər Əliyevin böyük dühasının, bu dahi şəxsiyyətin görkəmli dövlət xadimi kimi zəngin siyasi təcrübəsinin və uzaqgörənliyinin nəticəsi olaraq müstəqilliyimiz xilas edildi, dövlətçiliyimizin əbədiliyi təmin olundu” deyə M. Rzayev əlavə edib.

Çıxış edən kollecin əməkdaşları Nəcibə Ələsgərova, Natəvan Əliyeva və  Mətanət Nəbizadə vurğuladılar ki, 23 ay hakimiyyətdə olan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi, dövlətçilik ənənələrimizi zənginləşdirən addımlar atildı. Belə ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti, ordusu yaradıldı, dövlət atributları təsis edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Təsadüfi deyil ki, bu gün müasir respublikamızda bir çox dövlət qurumlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.

Natiqlər onu da qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə ucaltdığı, Ulu Öndər Heydər Əliyevin hələ SSRİ-nin mövcud olduğu 1990-cı ildə böyük cəsarətlə rəsmi bayraq kimi yenidən yüksəltdiyi üçrəngli bayrağımızı Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün Qarabağ və Şərqi Zəngəzurda, iki əsrə yaxın erməni separatizminin əsarətində qalan Xankəndidə dalğalandırdı. Bayrağımızın azad olunmuş ərazilərdə vüqarla dalğalanması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Sonda 28 May Müstəqillik Günü ərəfəsində kollecin Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri təqdim edildi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button