Ölkə
Gəncədə ağır qəza – Ölən var

Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Ə. Qurbanovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



