Ölkə

Göygöldə 4 gəncin ölüm səbəbi nə olub?

Göygölün Aşıqlı kəndində 4 nəfərin müəmmalı hadisə nəticəsində ölüm xəbəri, onların ailə üzvləri və yaxınları ilə yanaşı, Gəncə şəhərində məskunlaşdıqları qəsəbədə böyük sarsıntıya səbəb olub. Azərfax-ın yerli bürosunun məlumatına görə, onların dəm qazından zəhərlənərək öldükləri bildirilsə də bu fakt rəsmi təsdiqini tapmayıb. Dünyasını dəyişənlər Kəlbəcər rayon sakinləridir. Onlardan 3 – ü,1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X. Hüseynova  bacı-qardaş Kəlbəcərin Qılınclı kəndindən, 1990-cı il təvəllüdlü Səbinə Müseyibova isə rayonun Laçınlı kəndindəndir. Onlar dünən axşam saatlarında Aşıqlı kəndinə istirahət üçün gediblər. Qohumlarının bildirdiyinə görə hələlik heç kim mərhumların ölüm səbəbi ilə bağlı konkret heç nə bilmir. Hadisə gecə saatlarında baş verib, lakin ölənlərin yaxınları bundan səhər 07:00 radələrində xəbər tutublar. Onları tanıyan bir nəfər hadisə baş verən evə getdikdə qapını açan olmayıb və o ev sahibi ilə əlaqə saxlayıb. Qapını açdıqda həmin 4 nəfərin vəfat etdiyi məlum olub. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ev təmirli və kombili olduğu üçün hadisənin dəm qazından olması ehtimalı azdır.Hazırda hadisə yerində araşdırmalar davam edir. Aşıqlıda Göygöl Rayon Prokurorluğunun əməkdaşları ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də işləyirlər.Dörd nəfərin həyatına zəhərlənmənin və ya başqa bir amilin son qoyduğu hadisə yerində aparılan araşdırmalar, keçirilən ekspertizalar nəticəsində aydınlaşacaq. Mərhumların nəşiləri bu gün ailələrinə təhvil verilib. Rəsmi qurumların yaxın zamanlarda bu faciənin dəqiq səbəbləri ilə bağlı açıqlama verməsi gözlənilir.

AZERFAX.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button