Ölkə

Gözəlliyi ilə heyran edən 5 bürc


Astrologiyada hər bürcün özünəməxsus enerjisi və cazibəsi var. Lakin bəzi bürclər var ki, təbii gözəllikləri, zərif auraları və estetik görünüşləri ilə digərlərindən bir addım öndə olurlar. Onlar təkcə fiziki görünüşləri ilə deyil, eyni zamanda özlərini daşımaq tərzləri, səliqələri və özünəinamları ilə də heyranlıq doğururlar.

AZERFAX.AZ həmin bürcləri təqdim edir:


Tərəzi (23 sentyabr – 22 oktyabr)

Zəriflik, harmoniya və gözəllik planeti olan Venera tərəfindən idarə olunan Tərəzilər hər zaman estetik görünüşləri ilə seçilirlər. Onların simmetrik üz quruluşları, incə zövqləri və səmimi gülümsəmələri diqqəti dərhal cəlb edir.

Şir (23 iyul – 22 avqust)

Nəzərlərin mərkəzində olmağı sevən Şirlər özlərinə göstərdikləri qayğı ilə seçilirlər. Saçlarından geyimlərinə qədər hər şeyin mükəmməl olmasına çalışırlar. Onların özlərinə inamı və möhtəşəm aurası istər-istəməz insanları cəlb edir.

Əqrəb (23 oktyabr – 21 noyabr)

Əqrəblər sirli cazibələri və dərin baxışları ilə seçilirlər. Onların enerjisi sakit olsa da, bir dəfə baxan ikinci dəfə dönüb mütləq yenidən baxır. Gözəllikləri bir qədər qaranlıq və sirli olsa da, çox təsirli və unudulmazdır.

Buğa (20 aprel – 20 may)

Yenə Venera planetinin təsirində olan bu bürcün nümayəndələri də estetik və gözəlliyə meyillidirlər. Təbii görünüşə və zərifliyə üstünlük verən Buğalar özlərini çox yaxşı təqdim edə bilirlər.

Balıqlar (19 fevral – 20 mart)

Balıqların romantik təbiəti, yumşaq mimikaları və duyğusal baxışları onları gözəlliyi ilə seçilənlər siyahısına daxil edir. Onların sakit və mehriban təbiəti də bu gözəlliyi daha da tamamlayır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button