Ölkə
Güləşçimiz Rusiyada bürünc medal qazandı

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə beşqat dünya çempionu Əli Əliyevin xatirə turniri keçirilir.
AZERFAX.AZ Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün yarışda bir idmançımız fəxri kürsüyə yüksəlib.
Milli komandanın üzvü Musa Ağayev 65 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.