Ölkə
Gürcüstan azərbaycanlıları deportasiya etdi

Bu ilin ilk doqquz ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Hesabat dövründə qonşu ölkədən Azərbaycan vətəndaşları ən çox 16 nəfər olmaqla II rübdə çıxarılıb. Birinci rübdə 4 nəfər, üçüncü rübdə isə 7 nəfər Azərbaycan vətəndaşı Gürcüstandan qovulub. Həmin şəxslərin 19-u kişi, 8-i isə qadındır.
Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.