Ölkə

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi


Tbilisi Şəhər Məhkəməsi korrupsiyada ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladzenin barəsində həbs qətimkan tədbiri seçib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.


Həbs qərarını hakim Yekaterina Barbakadze çıxarıb. Bu, prokurorluğun sabiq nazir barəsində tələb etdiyi qabaqlayıcı tədbir idi. Müdafiə tərəfi məhkəməyə Burçuladzenin 100 min lari (37 min dollardan çox) məbləğində girov müqabilində azadlığa buraxılmasını təklif edib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 11-də Burçuladzeni saxlayıb



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button