Həbçilərimiz qəzaya düşdü, ölən var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZERFAX.AZ Unikal-a istinadən xəbər verir ki, hadisə Zəyəm-Sabirkənd yolunda qeydə alınıb. Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Şükürlü Sucəddin Tacəddin oğlunun idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sərnişini – İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerinə ölüb.
Sürücü və sərnişinlər – Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki qəzaya düşənlər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



