Ölkə

Həbsdə olan sayt rəhbərinə hökm oxundu


Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci ( hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button