Ölkə

Hansı küçələrdə “dropoff” məntəqələri olacaq?


“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi -
mindirib-düşürmə yeri yaradılıb. Bəs şəhərin başqa hansı küçələrində bu
məntəqələrdən yaradılmasına ehtiyac var?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev AZERFAX.AZ-a açıqlamasında Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə təhlillər apardığını,
mümkün imkanları araşdıraraq bu yöndə işlər gördüyünü söyləyib.



“Əsasən, şəhərin digər hissələrində də oxşar məntəqələrin təşkilinə böyük ehtiyac
var. Məsələn, Yusif Səfərov küçəsi belə bir məntəqə üçün uyğun yerlərdən
biridir”, – deyə R.Ağamirzəyev bildirib.

Qeyd edək ki, başqa hansı küçələrində bu məntəqələrdən yaradılacağı ilə
bağlı AYNA-dan sorğumuza cavab verilib ki, məlumat olduğu təqdirdə təqdim ediləcək.

Sevinc İbrahimzadə / AZERFAX.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button