Ölkə
Hava ilə bağlı sarı xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda dekabrın 2-si axşamdan 3-ü gündüzədək güclü külək əsəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



