HƏMAS atəşkəsi poza bilər – ABŞ

ABŞ Qəzzada sülh razılaşmalarına zəmanətçi dövlətləri atəşkəsin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən pozula biləcəyi barədə xəbərdar edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ABŞ-nin atəşkəsin HƏMAS tərəfindən pozulacağını göstərən etibarlı kəşfiyyat məlumatları var. ABŞ-nin mövqeyinə görə, Fələstin əhalisinə qarşı planlaşdırılmış hücum atəşkəsin birbaşa və ciddi şəkildə pozulmasını təşkil edəcək və əhəmiyyətli irəliləyişə zərbə vuracaq”. “Zəmanətçi dövlətlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər”, – ABŞ Dövlət Departamentindən bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.