Ölkə
HƏMAS tərksilah olmaq üçün şərtini açıqladı

HƏMAS Qəzza zolağında hərbi fəaliyyətini dayandırmaq üçün şərtini açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, HƏMAS Fələstin dövlətinin yaradılacağı təqdirdə tərksilah olmağa razılıq verib. “The Times of Israel” bu barədə HƏMAS üzvünün açıqlamasına istinadən məlumat yayıb. HƏMAS üzvü bəyan edib ki, Fələstin dövlətinin yaradılması şərtilə hərəkat hərbi fəaliyyətini dayandırmağa razılıq verəcək.
Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın tərksilah olmaq üçün razılıq əldə edildiyinə dair xəbərlər dərc edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



