Ölkə

​Hindistan Pakistana hücumları dayandırdı


Hindistanın Baş naziri Narendra Modi xalqa müraciət edib.

AZERFAX.AZ xəbər verir ki, o, Pakistana hücumların dayandırıldığını açıqlayıb. O bildirib ki, Hindistanın bundan sonra həyata keçirəcəyi hərəkətlər İslamabadın həmlələrindən asılı olacaq. Narendra Modinin sözlərinə görə, Pakistanla danışıqlar terrorizm və İslamabadın nəzarətindəki Kəşmir ərazisinin qaytarılması barədə aparıla bilər.


Qeyd edək ki, Hindistanın nəzarətindəki Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra iki ölkə arasında vəziyyət gərginləşib. Hindistan hücumun Pakistan tərəfindən təşkil edildiyini irəli sürüb. Pakistan tərəfi isə iddiaları təkzib edib. Gərginlikdən sonra Hindistan Pakistana hücumlar həyata keçirmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button