Ölkə

Hökumətdən böyük güzəşt – Limit 2 dəfə artırılır


2006-ci ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq aldı.

AZERFAX.AZ xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.


O qeyd edib ki, çox böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə 2 dəfə artırılaraq, 400 min manat olacaq.

N.Cəfərli təklif edib ki, 400 min də azdır və bu rəqəm mütləq 1 milyona qaldırılmalıdır:

“Ölkə iqtisadiyyatında dərin böhran izləri var, ÜDM artmır, iqtisadi aktivlik zəifdir, buna görə də əsas diqqəti kiçik sahibkarlığa yönəltmək lazımdır. Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 mln. manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button