Ölkə

İbrahim mənə xəyanət edirdi, hər gün döyürdü


İbrahim Tatlısəs 43 il əvvəl boşandığı həyat yoldaşı, məşhur aktrisa Pərihan Savaşla yenidən kameralar qarşısına keçib. Cütlük bu dəfə qızları Zübeydə Mələyin doğum günündə bir araya gəlib.

AZERFAX.AZ xəbər verir ki, 1979-1982-ci illərdə evli olan məşhur cütlüyün bu izdivacdan bir qızları dünyaya gəlib. Tatlısəs aktrisa xanımı ilə boşanandan sonra Zübeydə Mələk anasının himayəsində qalıb.


İbrahim Tatlisəs-Pərihan Savaş cütlüyünün kameralar qarşısında xoşbəxt pozlar verməsi sərt tənqid olunub. Yerli KİV aktrisanın bir müddət əvvəl verdiyi müsahibəni yenidən tirajlayıb.

Qeyd edək ki, Pərihan Savaş bir müddət əvvəl Tatlısəslə bağlı bu sözləri demişdi: “Üç il ailəli olduq. Bu illər ərzində bir dəfə üzüm gülmədi. Dörd aylıq hamilə olanda mənə xəyanət etdi. Az qalmışdı ki, uşağı düşürüm. Məni hər gün döyürdü. Təkcə məni yox, hamını döyürdü”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button