Ölkə

İlham Əliyev Fərman imzaladı


Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərsalma sahəsindəki tədbirlərlə bağlı yeni fərman imzalayıb.

AZERFAX.AZ xəbər verir ki, bu fərmanla 2021-ci ilin avqust ayında qəbul edilən “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Prezident Fərmanına bir sıra dəyişikliklər edilib.


Fərmana əsasən, 2021-ci il tarixli fərmanın 3-cü hissəsində “Ağdam” adı “Xankəndi şəhərinin, Ağdam, Ağdərə” sözləri ilə əvəz edilib.

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.5-ci bəndində isə “Bərdə” sözü “Xankəndi” ilə əvəzlənib.

Həmçinin bu dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button