Ölkə

İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib.

AZERFAX.AZ xəbər verir ki, məktubda deyilir:


“Hörmətli cənab Prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. Hazırda

Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin gündəliyinin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı şərait formalaşmışdır.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button