Ölkə

İlham Əliyev tədbirdə çıxış etdi

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatolunma mərasimində çıxış edib.

AZERFAX.AZ xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir:

“Bu xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donalda Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm.

O, üçtərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı.

Hər iki ölkə 30 ildən artıq müharibə şəraitində olub. Altı aydır ki, sülh şəraitində yaşayırıq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button