Ölkə
İmişlidə toyda kütləvi zəhərlənmə

İmişli rayonunun Muradxanlı kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
AZERFAX.AZ xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İlkin məlumata əsasən, şəxslər kənddə keçirilən toy mərasimində zəhərləniblər. Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.