Ölkə
İmişlidə yanğın oldu – 2 nəfər zəhərləndi

İmişli rayonunun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan altı ton ot bağlamasının iki tonu yanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



