İmtahanla bağlı yenilik ediləcək

İmtahanlarda qayda pozuntusu halları yəqin ki, həmişə olacaq. Bu vəziyyət virus–antivirus modelinə bənzəyir. Yeni virus yaranan kimi ona qarşı antivirus proqramı hazırlanır, virus yayılarsa, peyvənd tapılır. Amma biz bu istiqamətdə bir addım qabaqdayıq. Bu il də imtahanlarda təhlükəsizliyi təmin etmək üçün yeni addımlar atılacaq.
AZERFAX.AZ xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri hazırda həmin tədbirlər barədə məlumat verməyin məqsədəuyğun olmadığını deyib:
“Çünki təhlükəsizlik tədbirləri məhz ona görə tətbiq olunur ki, prosesdə iştirak edən şəxslər hansı mərhələdə yenidən yoxlanılacaqlarını bilməsinlər. İmtahanın bünövrəsini qoyanda əsas prinsip nəticələrin intellektual səviyyədə müdafiə olunmasıdır. Statistik təhlillər zamanı imtahanın təşkili prosesində, istərsə də köçürmə hallarının aşkarlanması ilə bağlı kimin harada və hansı səhvi etdiyini görürük. İmtahanlarda köçürmə etmək istəyən şəxs heç zaman imtahanda uğur qazana bilməyəcək”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



