Ölkə

iPhone 17 Azərbaycanda bu qiymətə satışa çıxarıldı


Apple şirkətinin təqdim etdiyi yeni iPhone 17 artıq Azərbaycana gətirilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə sosial mediada görüntülər paylaşılıb. İddialara görə, iPhone 17 Azərbaycanda 6500 manatdan satışa çıxarılıb.


Qeyd edək ki, Apple şirkətinin texnologiya satışı ilə məşğul olan mağazalarının sayt və sosial media hesablarındakı məlumata görə, yeni iPhone 17 rəsmən iki həftə sonra Azərbaycanda satışa çıxarılacaq. Məlumatda deyilir ki, Azərbaycan artıq Apple şirkətinin 2-ci dərəcəli satış bazarına daxil edilib.

ABŞ bazarında iPhone 17-nin qiyməti 799 dollardan başlayır. Şirkətin məlumatına görə, satışa çıxarılacaq iPhone Air telefonlarının qiyməti 999 dollardan başlayır. iPhone 17 Pro 1099 dollar, iPhone 17 Pro Max isə 1199 dollardan başlayan qiymətlərlə təklif ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button