İran danışıqlar üçün şərtini açıqladı

ABŞ-nin də bu təcavüzə qoşula biləcəyini eşitdik. Bu, çox acınacaqlı vəziyyət olardı.
AZERFAX.AZ xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi belə açıqlama verib. O, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (DBK) 51-ci Sessiyası öncəsi açıqlamasında ABŞ ilə mümkün müzakirələrdən danışıb.O bildirib ki, ABŞ-nin müharibəyə qoşulması hamı üçün çox təhlükəli olacaq. Əraqçi, bombardmanın davam edəcəyi təqdirdə ABŞ ilə danışıqlar masasına oturmayacaqlarını ifadə edib. İranın ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniyadan ibarət 5+1 ölkələri ilə 2015-ci ildə imzaladığı razılaşmanı xatırladan Əraqçinin sözlərinə görə, bu, iki illik danışıqların nəticəsi idi və bütün dünya bunu məmnunluqla qarşılayıb.
Diplomatiyanın əhəmiyyətinə diqqət çəkən Əraqçi bildirib ki, bu, diplomatiyanın işləyə biləcəyi anlamına gəlir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.