İranda xüsusi qərargah yaradıldı

İran Prezidenti Məsud Pezeşkianın əmri ilə yanvar hadisələrinin səbəblərinin araşdırılması məqsədilə xüsusi qərargah yaradılıb.
AZERFAX.AZ Tasnim-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin birinci müavininin ofisinin əlaqələr və informasiya üzrə müavini açıqlama verib. Bildirilib ki, Prezidentin göstərişi əsasında Dr. Məhəmməd Rza Arifin sədrliyi ilə, kabinet üzvlərinin, eləcə də hökumət xaricində fəaliyyət göstərən bir sıra məsul şəxslərin iştirakı ilə yanvar hadisələrinin araşdırılması üzrə qərargah formalaşdırılıb.
Məlumata əsasən, qərargahın iclaslarında əsas diqqət hadisələrin dəqiq səbəblərinin müəyyənləşdirilməsinə, mövcud idarəetmə və təhlükəsizlik boşluqlarının aradan qaldırılmasına, həmçinin bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısının alınmasına yönəldiləcək.
Qeyd olunub ki, aparılacaq araşdırmaların nəticələri əsasında müvafiq hesabat hazırlanaraq Prezidentə təqdim ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



